Ukraynanın yeni nəsil pilotsuz uçuş aparatı əleyhinə ələ keçiricilərinin sınaqları uğursuz olub.
İnterpress.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
İyulun əvvəlində Ukrayna hərbçiləri reaktiv PUA-lara qarşı hazırlanmış yeni nəsil ələ keçiricilərin sınaqları üçün bir qrup istehsalçını dəvət edib.
Sınaqlar zamanı bir çox aparatın idarə edilməsində çətinlik yaranıb. Bəzi ələ keçiricilərin sürəti saatda 400 kilometrdən çox olub və bir neçə aparat yaxınlıqdakı tarlalara və meşələrə düşüb.
Ukrayna Hərbi Hava Qüvvələri komandanının müavini Yuri Çerevaşenko yüksək sürətli PUA ələ keçiricilərinin hazırlanmasının çətinlikləri olduğunu bildirib.
O, yaxın vaxtlarda seriya istehsalı mümkün olan və ucuz başa gələn bir sıra həllərin istifadəyə veriləcəyini deyib.
Xuraman Etibarlı
İnterpress.az






