Tatarıstanda 17 yaşlı yeniyetmə avtomobillə 45 yaşlı qadını vurub
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayılıb.
Tatarıstanda 17 yaşlı yeniyetmə həyət ərazisində avtomobili yüksək sürətlə idarə edərək 45 yaşlı qadını vurub.
Zərbədən sonra qadın avtomobilin təkərlərinin altında qalıb.
Yeniyetmənin avtomobili gəzmək üçün dostundan götürdüyü bildirilir.
Yaralı qadın hazırda reanimasiya şöbəsində müalicə olunur.
Xuraman Etibarlı
İnterpress.az






