Bakıda koronavirusa yoluxmanın ən çox qeydə alındığı rayonlar açıqlandı – SİYAHI + FOTObackend

Bakıda koronavirusa yoluxmanın ən çox qeydə alındığı rayonlar açıqlandı – SİYAHI + FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Paytaxt üzrə koronavirus (COVID-19) infeksiyasına yoluxma göstəriciləri açıqlanıb.

Bu barədə məlumat koronavirusinfo.az saytında yerləşdirilib.

Belə ki, statistik göstəricilərə görə, paytaxt üzrə qeydə alınan yoluxma hallarının 14,6 %-i Binəqədi rayonunun payına düşür.

Ardıcıllığa əsasən, yoluxma hallarına görə ikinci yerdə 13,5 % ilə Xətai rayonu qərarlaşır.

Digər rayonlar üzrə isə Yasamalda 11,8 %, Sabunçuda 11,7 %, Suraxanı 8,3 %, Nərimanovda 7,9 %,  Nəsimidə 7,7 %, Xəzərdə 7,5 %, Nizamidə 7,1 %, Səbaildə 4,9 %, Qaradağda 4,4 %, Pirallahıda isə 0,5 % yoluxma halı qeydə alınıb.

Qeyd edək ki, ölkəmizdə koronavirusa yoluxma hallarının 54,6 %-i Bakı şəhərində qeydə alınıb.