Bakıda məktəb direktorunun müavininin təhsili yoxdur – FOTOFAKTbackend

Bakıda məktəb direktorunun müavininin təhsili yoxdur – FOTOFAKT

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Binəqədi rayonu Rüstəm Əliyev adına 3 nömrəli tam orta məktəbinin direktor müavininin təhsili yoxdur.

İnterpress.az xəbər verir ki, bu barədə əməkdar jurnalist Azər Həsrət sosial şəbəkələrdə paylaşım edib.

O bildirib ki, direktorun təsərrüfat işləri üzrə müavini İsmət Yusifova orta təhsil almayıb:

“Təhsil Nazirliyi, necə ola bilər ki, orta təhsili belə olmayan birisi (heç ali, yaxud da orta ixtisas demirəm ha, adi orta təhsili deyirəm) məktəbdə direktor müavini işləyir? Özü də ali təhsilli vəzifəli şəxs qədər maaş alır? Necə olur ki, siz adicə orta təhsili belə olmayan birisini gətirib məktəbə direktor müavini təyin edirsiniz?”

Qeyd edək ki, İsmət Yusifova 2004-cü ildən həmin sahədə çalışır.

Sözügedən məktəbin direktoru Azər Həsrətin həyat yoldaşı Almaz Həsrətdir.