Bakıda mənzil qarət edən 54 yaşlı qadın tutuldubackend

Bakıda mənzil qarət edən 54 yaşlı qadın tutuldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda mənzil qarət olunub.

Trend-in məlumatına görə, hadisə paytaxtın Sabunçu rayonu, Maştağa qəsəbəsində baş verib.

Naməlum şəxs qəsəbə sakini Kərim Rəcəbovun evinə daxil olaraq, oradan 600 manat pulu və 10 manat dəyərində stəkan dəstinu oğurlayıb.

Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Lerik rayon sakini, əvvəllər məhkum olunmuş 1966-cı il təvəllüdlü Bağdagül Məmmədova saxlanılıb.

Faktla bağlı cinayət işi başlanıb.