Bakıda yeni tikilən obyektdəki yanğın söndürüldü – YENİLƏNİB + FOTObackend

Bakıda yeni tikilən obyektdəki yanğın söndürüldü – YENİLƏNİB + FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində beşmərtəbəli binanın 3-cü mərtəbəsində (yeni tikilən kommersiya təyinatlı obyekt) yanğın baş verib.

Bununla bağlı Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

İlkin məlumata görə, yanğın təqribən 150 kvadrat metr sahədə olub.

Yanğın Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

 

İnterpress.az