Bakının bu qəsəbələrinə yeni marşrut xətti açılırbackend

Bakının bu qəsəbələrinə yeni marşrut xətti açılır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Pirəkəşkül, Yeni qəsəbə, Müşfiqabad və 28 May qəsəbələrində sərnişindaşıma xidmətlərinin daha da təkmilləşdirilməsi məqsədilə 115 saylı yeni qəsəbələrarası müntəzəm marşrut xətti təşkil edilib.

Bu barədə Lent.az-a Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.

Bildirilib ki, oktyabrın 10-dan fəaliyyətə başlayacaq marşrut xətti üzrə avtobuslar başlanğıc məntəqəsi Bakı-Şamaxı şosesi (Sulutəpə qəsəbəsi, körpü) son dayanacaq məntəqəsi Bakı-Şamaxı şosesi (Pirəkəşkül qəsəbəsi) olmaqla hərəkət edəcək.