Rusiyada balta ilə silahlanmış qadın 10-a yaxın avtomobili darmadağın edib.
İnterpress.аz xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.
Rusiyanın Kaluqa vilayətinin Balabanovo şəhərində qeyri-adi və son dərəcə təhlükəli insident baş verib. Qəzəbli naməlum qadın əlindəki böyük balta ilə park edilmiş avtomobillərə kütləvi şəkildə hücum çəkib.
Hadisə nəticəsində 10-a yaxın nəqliyyat vasitəsinə ciddi ziyan dəyib, avtomobillərin şüşələri və kuzovları sındırılaraq yararsız hala salınıb.
Qadının silahlı olması səbəbindən ətrafdakı şahidlərdən heç kim ona müdaxilə etməyə və mane olmağa cəsarət etməyib.
Hazırda yerli polis hadisə yerindən qaçan qadının şəxsiyyətini müəyyənləşdirmək və onu saxlamaq istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirir.
Xuraman Etibarlı
İnterpress.аz






