Banditlərin oğruladığı 20 İndoneziya vətəndaşı xilas edilibbackend

Banditlərin oğruladığı 20 İndoneziya vətəndaşı xilas edilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İndoneziya Xarici İşlər Nazirliyi qanunsuz yollarla Myanmaya aparılan 20 vətəndaşın xilas edildiyini açıqlayıb.

Bu barədə İnterpress.az yerli mediaya istinadən xəbər verir.

Məlumata görə, Yanqondakı səfirliyin səyləri ilə insan qaçaqmalçıları tərəfindən Myanmaya aparılan 20 nəfər xilas edilərək Tayland sərhədinə gətirilib.

Bildirilib ki, Banqkokdakı səfirlik bu şəxslərin İndoneziyaya qaytarılması üçün Tailand hakimiyyəti ilə əməkdaşlıq edəcək.

İndoneziya hakimiyyəti mayın 5-də qeyri-qanuni yollarla Myanmaya gətirilən 20 vətəndaşı xilas etmək üçün işə başlayıb.

Xarici İşlər Nazirliyinin rəsmisi Cudha Nugraha Myanma ordusu ilə separatçı Karen etnik icmasına bağlı silahlı qüvvələr arasında toqquşmaların getdiyi Myanmanın Tailandla sərhəddində ən azı 20 vətəndaşın qapalı vəziyyətdə qaldığını bildirib.

Nugraha, Taylandda insan qaçaqmalçıları tərəfindən kripto vebsaytları və ya tətbiqləri üçün yüksək ödənişli fırıldaqçılıq təklifləri ilə aldadılan 20-dən çox İndoneziya vətəndaşının qanunsuz olaraq Myawaddy-yə aparıldığını bildirib.

Birləşmiş Millətlər Təşkilatının (BMT) məlumatları göstərir ki, Cənubi Asiyada hər il 150,000-dən çox insan, əsasən qadınlar və uşaqlar insan alverinin qurbanı olur. Məcburi əmək, cinsi istismar, məcburi nikah regionda insan alverinin ən çox yayılmış formalarıdır.