Banqladeşdə neft tankerində partlayış: 11 nəfər yaralanıbbackend

Banqladeşdə neft tankerində partlayış: 11 nəfər yaralanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Banqladeşin Jhalkathi rayonunda Suqandha çayında “Sagar Nandini-2” neft tankerində partlayış baş verib.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Partlayışdan sonra baş verən yanğında 11 nəfər xəsarət alıb.

Əraziyə çoxlu sayda yanğınsöndürən göndərilsə də, yanğını nəzarət altına almaq üçün işlər davam edir.

Yanğınsöndürmə briqadası və Mülki Müdafiə Direktorunun müavini Mizanur Rəhman verdiyi açıqlamada “Sagar Nandini-2″dən neft çıxarmaq üçün gələn yanğının “Sagar Nandini-4″ə keçməsindən narahat olduğunu bildirib.