Banqladeşdə qasırğa: 1,5 milyon insan təxliyə edilibbackend

Banqladeşdə qasırğa: 1,5 milyon insan təxliyə edilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Banqladeşdə yaxınlaşan Hamoon siklon qasırğası nəticəsində insan tələfatının qarşısını almaq üçün 1,5 milyon insan riskli ərazilərdən təxliyə edilib.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Banqladeşin təbii fəlakətlərin idarə edilməsi və yardım naziri Enamur Rəhman yaxınlaşan Hamoon siklon fırtınası ilə bağlı mətbuata açıqlama verib.

Rəhman riskli bölgələrdən təqribən 1,5 milyon insanın təxliyə edilərək təyin olunmuş yerlərə yerləşdirildiyini və siklon fırtınasının gecə gec saatlarında başlayıb sabah səhərə qədər Banqladeş sahillərindən keçəcəyi ehtimalının olduğunu qeyd edib.

Banqladeş Meteorologiya İdarəsinin verdiyi açıqlamaya görə, Hamunun Bhola bölgəsi yaxınlığındakı Barışal-Çattoqram sahilində təsirli olacağı gözlənilir.