Bardürə çırpılan avtomobil yandı: 3 nəfər yanaraq öldü – dəhşətli qəzadan FOTOLARbackend

Bardürə çırpılan avtomobil yandı: 3 nəfər yanaraq öldü – dəhşətli qəzadan FOTOLAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyənin paytaxtı Ankarada 3 nəfərin ölümü, 1 nəfərin isə yaralanması ilə nəticələnən ağır yol qəzası baş verib.

Bu barədə İnterpress.az yerli mediaya istinadən xəbər verir.

Belə ki, Evren rayonunda avtomobil baryerlərə çırpılıb.

Kayseridən Ankara istiqamətində hərəkət edən Fatih Temirin idarə etdiyi xarici dövlət nömrə nişanlı avtomobil sürücünün idarəetməni itirməsi nəticəsində baryerə çırpılıb.

Qəza zamanı sürücü Temir avtomobildən yola atılıb. Avtomobildə yanğın baş verib. Maşında olan Erkan Temir ətrafdakılar tərəfindən çıxarılıb, Beyza Yiğitol və İnci Nur Durmuş isə avtomobildə yanaraq ölüb.

Erkan Temir də həkimlərin müdaxiləsinə baxmayaraq xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı araşdırmalara başlanılıb.