“Barselona”nın beş futbolçusu koronavirusdan sağalıbbackend

“Barselona”nın beş futbolçusu koronavirusdan sağalıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Futbol üzrə İspaniya çempionatında pandemiya səbəbindən elan olunmuş fasilə dövründə “Barselona” klubunun beş oyunçusu və iki məşqçisi koronavirusa yoluxub.

Bu barədə RAC1 radiosu məlumat yayıb.

Qeyd olunur ki, Kataloniya klubunun üzvləri COVID-19 xəstəliyini simptomsuz keçiriblər və hazırda tamamilə sağlamdırlar.

Klub rəsmilərinin yaydığı məlumatda qeyd olunur ki, “Barselona”da aparılan COVID-19 testinin nəticələrinə əsasən, futbolçular və texniki heyətdə təmsil olunan şəxslər arasında virusa yoluxma halı aşkar edilməyib.

Xatırladaq ki, İspaniya La Liqasının iyunun 11-də bərpa olunacağı açıqlanıb.

 

İnterpress.az