Baş nazir Əli Əsədov növbədənkənar parlament seçkilərində səs verib.
İnterpress.az xəbər verir ki, o, 7 saylı Səbail seçki dairəsinin 2 saylı seçki məntəqəsində səs verib.
Qeyd edək ki, seçkilər ölkə üzrə 125 seçki dairəsinin ərazisində formalaşdırılmış 6 min 478 seçki məntəqəsində keçirilir. Onlardan 54-ü işğaldan azad edilmiş ərazilərdə formalaşdırılıb.
Seçki məntəqələri saat 8:00-da açılıb. Səsvermə 19:00-a qədər davam edəcək.