Batumidə qumarxanaya atəş açan iki Türkiyə vətəndaşı HƏBS EDİLDİbackend

Batumidə qumarxanaya atəş açan iki Türkiyə vətəndaşı HƏBS EDİLDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Batumidə qumarxana binasına atəş açan iki Türkiyə vətəndaşı həbs edilib.

İnterpress.az xəbər verir ki, bu barədə gürcü mediası məlumat yayıb.

İstintaqın məlumatına görə, həmin şəxslər avtomobillə keçərkən kazinoya bir neçə dəfə atəş açıblar.

Nəticədə binanın qapıları və fasadı zədələnib. Atıcılar bir neçə gün sonra həbs edilib və onların mənzillərində axtarış zamanı polis kokain tapıb.

İndi məhbusları 20 ilə qədər həbs və ya ömürlük həbs gözləyir.

Xuraman Etibarlı

İnterpress.az