“Bavariya” Sadio Mane ilə razılığa gəlibbackend

“Bavariya” Sadio Mane ilə razılığa gəlib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İngiltərənin “Liverpul” klubunun futbolçusu Sadio Mane Almaniya “Bavariya”sı ilə anlaşıb.

Bu barədə italiyalı jurnalist Nikola Skira özünün tviter səhifəsində paylaşım edib.

O, 30 yaşlı hücumçunun Münhen təmsilçisi ilə şəxsi müqaviləsinin detallarını razılaşdırdığını yazıb. Anlaşmaya əsasən, sözləşmənin müddəti 3 il olacaq. Bundesliqanın son çempionu qarşı tərəfə təzminat olaraq 30 milyon avro və əlavə bonuslar təklif edəcək.

Qeyd edək ki, Sadio Mane 2016-cı ildən “Liverpul”da çıxış edir. Onun komanda ilə müqaviləsi gələn ilin yayında başa çatacaq.