ABŞ prezidenti Co Bayden Texas ştatının Allen şəhərində 8 nəfərin ölümü ilə nəticələnən atışmadan sonra ölkə bayraqlarının yarıya endirilməsi barədə göstəriş verib.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
O, Texas ştatının Allen şəhərində törədilən silahlı zorakılığın qurbanlarına hörmət əlaməti olaraq ölkə bayraqlarının yarıya endirilməsini tələb edib.
ABŞ prezidenti ticarət mərkəzinə hücumda həyatını itirən 8 amerikalının ailələrinə başsağlığı verərək deyib.
Xaricdəki nümayəndəliklər və donanma gəmiləri də daxil olmaqla bayraqların 11 may 2023-cü il tarixində gün batana qədər yarıya qədər qalacağı qeyd edilib.
Qeyd edək ki, hadisə zamanı 8 nəfər öldürülüb, ən kiçiyi 5 yaşında olan 7 nəfər isə yaralanıb.
Hadisəni törədən şəxs sonda özünü də öldürüb.