Bayden ilk dəfə həlledici ştatda rəqibini üstələdibackend

Bayden ilk dəfə həlledici ştatda rəqibini üstələdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-da prezidentliyə demokrat namizəd Co Bayden həlledici Corciya ştatında ilk dəfə hazırkı Prezident Donald Trampı qabaqlayıb.

Bu barədə CNN xəbər verib.

Artıq hər iki namizəd səslərin 49,4 faizini yığıb, lakin Bayden sayılmış 917 bülletenlə Trampı qabaqlayır.

16 seçkicisi olan Corciya ABŞ-da prezident seçkilərinin nəticəsini müəyyənləşdirə bilən dörd ştatdan biridir.

İndiyə qədər orada səslərin 99 faizi sayılıb. Eyni zamanda, Tramp Corciya və Pensilvaniya ştatında qələbələr olmadan yenidən seçilmək üçün lazım olan 270 seçici səsini toplaya bilməyəcək.

 

İnterpress.az