Bayden Rusiya və Çin liderlərini TƏNQİD ETDİbackend

Bayden Rusiya və Çin liderlərini TƏNQİD ETDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ prezidenti Co Bayden Şotlandiyanın Qlazqo şəhərində keçirilən Beynəlxalq Ekologiya Sammitinə Rusiya və Çin liderlərinin qatılmamasını tənqid edib.

 

Çinlə Rusiya sammitə öz nümayəndə heyətlərini göndərsə də, nə Si Tsinpin, nə də Vladimir Putin sammitə qatılmayıb.

 

“Çin dünya lideri olmağa çalışsa da, sammitə qatımayıb. Belə addım atıb, dünya liderliyinə necə iddia etmək olar?”, – deyə Bayden sual edib.

 

O həmçinin, Rusiya prezidenti Vladimir Putinin də sammitə qatılmamasından narazılıq edib.

“Bilirsiniz, onun tundra meşələri yanır. Sözün əsl mənasında yanır. Ciddi iqlim problemləri var amma buna qarşı hansı addımlar atacağını söyləmir”, – deyə Bayden sual edib.