“Baza” Telegram kanalının beş əməkdaşı, o cümlədən baş redaktor Trifonov saxlanılıb.
İnterpress.az xəbər verir ki, bu barədə RİA Novosti vəkilə istinadən məlumat yayıb. Məlumata görə, “Baza” nəşrinin beş əməkdaşı, o cümlədən baş redaktor Trifonov saxlanılıb.
“Rusiya İstintaq Komitəsinin Moskva şəhəri üzrə Baş İstintaq İdarəsi polis əməkdaşları tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə üzrə cinayət işi açıb”,- Rusiya İstintaq Komitəsi xəbər veriB.
Krasnodar və Krasnoyarsk ərazilərində, eləcə də Belqorod vilayətində əməliyyat bölmələri ilə əməkdaşlıq çərçivəsində istintaq məhdudlaşdırılmış məlumatların qanunsuz ötürülməsi hallarını üzə çıxarıb.
Daha sonra bu məlumat “Baza” Telegram kanalında dərc olunub. Məlumatı qanunsuz ötürən şəxslər, habelə onların əlaltıları müəyyən edilir.
Xuraman Etibarlı
İnterpress.az