BCM-in üç hakimi Trampın qərarına QARŞI: ABŞ məhkəməsində sanksiya davası BAŞLADIbackend

BCM-in üç hakimi Trampın qərarına QARŞI: ABŞ məhkəməsində sanksiya davası BAŞLADI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Beynəlxalq Cinayət Məhkəməsinin üç hakimi ABŞ sanksiyalarından məhkəməyə şikayət edib.

İnterpress.az xəbər verir ki, bu barədə xarici media məlumat yayıb.

Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) üç hakimi ABŞ tərəfindən onlara qarşı tətbiq edilən sanksiyalardan məhkəməyə şikayət edib. Bu barədə rəsmi məlumat diplomatik mənbəyə istinadən verilib.

Hakimlər Kimberli Prost, Solomi Bossa və Reyn Alapini-Qansu iddia edirlər ki, ABŞ Prezidenti Donald Tramp bu məhdudlaşdırıcı tədbirləri tətbiq etməklə dövlət başçısının səlahiyyət hədlərini aşır və ABŞ Konstitusiyasına edilən Beşinci Düzəlişi kobud şəkildə pozur.

Məlumata görə, hakimlər adından ABŞ federal məhkəməsinə rəsmi iddia ərizəsi təqdim edilib. Sənəddə sanksiyaların qanunsuz olduğu və onların peşəkar fəaliyyətlərinə maneə törətdiyi vurğulanır.

Xatırladaq ki, ABŞ rəhbərliyi BCM-in amerikalı hərbçilərin Əfqanıstanda və digər münaqişə zonalarında törətdiyi iddia edilən hərbi cinayətləri araşdırmasına etiraz olaraq məhkəmə rəsmilərinə və hakimlərinə qarşı aktiv şəkildə viza və maliyyə məhdudiyyətləri tətbiq etməyə başlayıb. Bu məhkəmə davası beynəlxalq hüquq müstəvisində olduqca nadir və mühüm bir presedent hesab olunur.

Xuraman Etibarlı

İnterpress.az