BƏƏ-də çoxmərtəbəli bina yanıbbackend

BƏƏ-də çoxmərtəbəli bina yanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Əcman şəhərində çoxmərtəbəli binada baş verən yanğın qısa zamanda genişlənib.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Bina sakinləri təxliyə edilərkən, alov bir neçə saat sonra söndürülüb.

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Ajman şəhərində yerləşən Ajman One ərazisində yerləşən “Tower 2”-də yanğın baş verib.

Tezliklə alov binanı bürüyüb. Əraziyə polis və yanğınsöndürənlər göndərilib.

Bina sakinləri təxliyə edilərkən, alov qrupların gərgin səyi ilə saatlar sonra söndürülüb.

Yanğın zamanı xəsarət alan olmayıb.