Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) həbsdə olan 15 iranlının azadlığa buraxıldığı bildirilib.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Xarici işlər naziri Hüseyn Əmir Abdullahiyanın əvvəlki həftələrdə BƏƏ-yə səfəri zamanı əldə olunan razılaşma çərçivəsində bu ölkədə həbsdə olan 15 iranlı məhbus azad edilib.
Azadlığa buraxılan İran vətəndaşlarının qısa müddətdə ölkələrinə qayıdacaqları bildirilib.
Onların hansı cinayətlərə görə mühakimə olunduqları və BƏƏ-də nə qədər müddətə saxlandıqları barədə məlumat verilməyib.
İranın xarici işlər naziri Abdullahiyan iyunun 22-də səfərdə olduğu BƏƏ-də prezident Məhəmməd bin Zayed Əl Nəhyan ilə görüşüb.






