BƏƏ-də həbsdə olan 21 İran vətəndaşı azadlığa buraxılıbbackend

BƏƏ-də həbsdə olan 21 İran vətəndaşı azadlığa buraxılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) həbsdə olan 21 iranlı əfv edilərək azadlığa buraxılıb.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

İran Xarici İşlər Nazirliyinin bəyanatına görə, xarici işlər naziri Hüseyn Əmir Abdullahiyanın ötən həftələrdə BƏƏ Əbu-Dabiyə səfəri zamanı təmasları çərçivəsində Prezident Mohammed bin Zayed Al Nahyan çıxış edib.

Onun təsdiqi ilə bu ölkədə həbsdə olan 21 iranlı məhbus azad edilib.

Azadlığa çıxan İran vətəndaşları Əl Nəhyan tərəfindən əfv edilib və inzibati prosedurlardan sonra ölkələrinə qayıdacaqlar.

Onların hansı cinayətlərə görə mühakimə olunduqları və BƏƏ-də nə qədər müddətə saxlandıqları barədə məlumat verilməyib.

İranın xarici işlər naziri Abdullahiyan iyunun 22-də səfərdə olduğu BƏƏ-də prezident Əl Nəhyan ilə görüşüb.

Bundan əvvəl iyulun 13-də BƏƏ-də həbsxanada saxlanılan 15 iranlı azad edilərək ölkələrinə qaytarılıb.