BƏƏ prezidentinin qardaşı vəfat edibbackend

BƏƏ prezidentinin qardaşı vəfat edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyanın qardaşı Əbu-Dabi prezidentinin nümayəndəsi Şeyx Səid bin Zayed Əl Nəhyan vəfat edib.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Onun ölüm xəbərini Prezident Şurası elan edib.

Səid bin Zayed Əl Nəhyanın vəfatı ilə əlaqədar ölkədə 3 günlük rəsmi matəm elan edilib və bu müddət ərzində bayraqlar yarıya qədər endiriləcək.

İyulun 22-də Rəyasət Heyətinin təfərrüatlara yer verilməyən bəyanatında 58 yaşlı Səid bin Zayidin səhhətində problem olduğu bildirilib.