Belçikada gələn il keçiriləcək federal seçkilər ərəfəsində keçirilən sorğu nəticəsində məlum olub ki, əhalinin 76 faizi mövcud hökumətdən narazıdır.
Bu barədə İnterpress.ax xarici mediaya istinadən xəbər verir.
Belçikanın aparıcı media qurumları və Ipsos araşdırma şirkəti gələn il keçiriləcək federal seçkilərlə bağlı sorğu keçirib.
Respondentlərin 76 faizi Flamand Açıq Vld partiyasından Aleksandr de Kroonun rəhbərlik etdiyi 7 partiyalı koalisiya hökumətindən narazı olduqlarını bildirib.
60 faiz de Kroonun baş nazir olaraq qalmasını istəmədiyini bildirib.
Yerli mətbuat narazılığın səbəbinin xüsusilə ötən il rekord yüksək inflyasiya və yüksək yaşayış səviyyəsi olduğunu, bunun əsas səbəbinin enerji qiymətlərinin qalxması olduğunu yazıb.
Digər tərəfdən, sorğunun bir başqa tapıntısı isə qarşıdan gələn federal seçkilərdə ifrat sağ və ifrat solun müəyyənedici faktorlar kimi ön plana çıxacağı olub.
Müvafiq olaraq, Flamand bölgəsində ifrat sağçı Vlaams Belanq və Brüsseldə və fransızdilli Valon bölgəsində ifrat solçu İşçi Partiyası (PTB) güclənir.
Hazırkı koalisiya daha çox mərkəzçi partiyalardan, o cümlədən sosialistlər, liberallar, xristian demokratlar və ekoloqlardan ibarətdir.
Belçika 2019-cu ilin mayında keçirilən seçkilərdən sonra təxminən 500 gün hökumətsiz qaldı.