Bərdə rayon Mədəniyyət Mərkəzində “Zəfərə gedən yol” tamaşası nümayiş olunubbackend

Bərdə rayon Mədəniyyət Mərkəzində “Zəfərə gedən yol” tamaşası nümayiş olunub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

 

27 sentyabr-Anım Günü münasibəti ilə Bərdə rayon Mədəniyyət Mərkəzində Bərdə Xalq Teatrının hazırladığı “Zəfərə gedən yol” tamaşası nümayiş olunub.

Tamaşanın nümayişində şəhid ailələri, qazilər, Bərdə Regional Asan Xidmət Mərkəzinin rəhbərliyi və əməkdaşları, mədəniyyət işçiləri və rayon ictimayəti iştirak edib.

Rejissor Mehman Quliyevin quruluş verdiyi tamaşanın əsas məqsədi yeniyetmə və gənclərdə vətənpərvərlik hissinin daha da artırılması, təbliğ olunması, insanların teatr sahəsinə olan marağını artımaqdır.

Təsirli epizotlar ilə yadda qalan tamaşa  izləyiciləri kövrəltsə də aktyorların çıxışları zalda əyləşən izləyicilərin alqışları ilə sona çatıb.

Tamaşadan sonra çıxış edən Bərdə Regional Mədəniyyət İdarəsinin rəisi Vəsilə Möhsümova vətənpərvərlik ruhunda hazırlanan belə tamaşaların vacibliyindən danışıb, yaradıcı heyətə uğurlar azrulayıb.