Bərdədə qumbara aşkar edilərək götürüldübackend

Bərdədə qumbara aşkar edilərək götürüldü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

 

Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat tədbirləri nəticəsində qumbara aşkar edilərək götürülüb.

Bu barədə DİN-in mətbuat xidmətinin Bərdə regional qrupundan məlumat verilib.

Məlumata görə, daxil olmuş əməliyyat məlumatı əsasında martın 8-də polis əməkdaşları tərəfindən Bərdə rayon sakini F.Məmmədova məxsus Türkmən kəndində yerləşən əvvəllər iaşə obyekti kimi fəaliyyət gəstərən tikiliyə baxış keçirilib.

Baxış keçirilən zaman oradan 1 ədəd RQ-42 markalı əl qumbarası və 1 ədəd partladıcısı aşkar edilərək maddi sübut kimi götürülüb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

 

İnterpress.az