Bərdədə silahlı insident: Yaralanan varbackend

Bərdədə silahlı insident: Yaralanan var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bərdədə sərxoş kişi odlu silahdan havaya atəş açıb. 

Daxili İşlər Nazirliyindən Yenisabah.az-a verilən xəbərə görə, noyabrın 1-də saat 20 radələrində Bərdənin Mirzalıbəyli kəndi ərazisində kənd sakini Ə.Nəsirov Tərtər rayon sakini Ə.Bağırovun idarə etdiyi “VAZ-21102” markalı avtomobildə mübahisə zamanı onun qoluna bıçaqla xəsarət yetirib. Daha sonra o, avtomobildən düşərək qaçıb və maşının yük yerində olan avtomat silahı götürüb onun həyətinə gəlib. Burada Ə. Nəsirov havaya atəş açaraq avtomobillə gedib.

Bu barədə Bərdə rayon Polis Şöbəsinə məlumat daxil olub.

Dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

Təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Ə.Bağırov saxlanılmış, ondan “AK” markalı avtomat silahı, 1 ədəd patron darağı və 1 ədəd patron götürülüb. Tibbi müayinədən keçirilərkən onun orta dərəcəli sərxoş olması müəyyən edilib.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə (Qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) cinayət işi başlanıb.