Berlin polisi koronavirusa qarşı etiraz yürüşünü dağıdıb, 300-dən çox saxlanılan varbackend

Berlin polisi koronavirusa qarşı etiraz yürüşünü dağıdıb, 300-dən çox saxlanılan var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Berlin polisi şənbə günü Almaniyanın paytaxtında koronavirusa qarşı məhdudiyyətlərə etiraz olaraq keçirilən icazəsiz yürüşü dağıdıb.

İnterpress.az-ın Reuters-ə istinadən verdiyi xəbərə görə, bu barədə yerli polisin “Twitter” hesabında məlumat  yerləşdirilib.

Bildirilib ki, yürüş iştirakçıları karantin rejiminin qaydaların kobud şəkildə pozub: “Təəssüf ki, başqa seçimimiz yoxdur. İnsanların təhlükəsizlik şərtlərinə əməl etmədiklərinə görə bu addımı atmaq məcburiyyətində qaldıq”.

TASS-ın məlumatına görə, polisin müdaxiləsi zamanı 300-dən çox etirazçı saxlanılıb. Ümumilikdə aksiyaya 38 min nəfərin qatıldığı bildirilib. Asayişin bərpasına 3 mindən çox polis əməkdaşı cəlb edilib.

Qeyd edək ki, analoji etirazlar aksiyaları Avropanın bir çox paytaxt şəhərlərində – Parisdə, Londonda və s. keçirilib.

İnterpress.az