Beyonsu qarət etdilərbackend

Beyonsu qarət etdilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

 

Naməlum şəxslər amerikalı məşhur müğənni Beyonsa məxsus dəyəri bir milyon dollar olan əşyalarını oğurlayıblar.

TMZ portalı bu barədə hüquq mühafizə orqanlarındakı mənbələrə istinadən xəbər yayıb.

Qeyd edilir ki, həmin şəxslər bir ay ərzində iki dəfə Los-Ancelesdə yerləşən anbardan müğənniyə məxsus əşyaları aparıblar.

Bunlar pop ifaçıya məxsus bahalı çantalar və paltarlar olub.

Polis faktla bağlı araşdırma aparır.

 

İnterpress.az