Beyonsun konserti İsveçdə inflyasiyaya səbəb olubbackend

Beyonsun konserti İsveçdə inflyasiyaya səbəb olub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Amerikalı pop ulduz Beyonsun İsveçdə verdiyi konsertin ölkənin aylıq inflyasiya səviyyəsinə təsir edəcək nəticələri olduğu qeyd edilir.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Ulduz maraqla gözlənilən dünya turnirinə keçən ay Stokholmdan başlayıb.

Beyonsun konserti verdiyi gün yaşayış və restoranlara tələbat o qədər artıb ki, bu, ölkənin iqtisadi statistikasına da təsir göstərib.

İsveç may ayında gözləniləndən yüksək olan 9,7 faiz inflyasiya elan edib.

Bu təəccüblü artıma səbəb otel və restoranlara tələbat olub.

Beyonsun Uelsdəki konserti üçün bu şəhərə 60 min fanat axın edib.