Bezosun sərvəti yenə rekord qırdıbackend

Bezosun sərvəti yenə rekord qırdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Amazon şirkətinin qurucusu və rəhbəri Ceff Bezosun sərvəti 182,6 milyarda çataraq son bir həftədə tarixi rekordunu ikinci dəfə təzələyib.

Bu barədə “Forbes” jurnalı məlumat yayıb. Buna səbəb Amazon səhmlərinin dəyərinin davamlı artması olub. Belə ki,  bu gün şirkətin səhmlərinin qiyməti daha 2.7% artaraq rekord 3081,11 dollara çatıb. Şirkətin kapitallaşma dəyəri isə 1.54 trilyon dollara yüksəlib.

Bezos Amazon-un 11.1 faizlik payına sahibdir. O, 2017-ci ildən etibarən Forbes-in ən varlı adamları siyahısında birinci yerdə qərarlaşıb.

Qeyd edək ki, daha əvvəl biznes konsaltinq şirkəti olan “Comparisun”  Bezosun 2026-cı ilin əvvəlinə qədər dünyanın ilk trilyoneri ola biləcəyini açıqlamışdı.