Biləcəridə yaşayış evində yanğın başladıbackend

Biləcəridə yaşayış evində yanğın başladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində fərdi yaşayış evində yanğın olması barədə məlumat daxil olub.

Yenisabah.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Məlumat qəbul ediləndən dərhal sonra FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğın baş verdiyi ünvana cəlb olunub.

Hal-hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.