Biləsuvar sakini dayısını qətlə yetiribbackend

Biləsuvar sakini dayısını qətlə yetirib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Biləsuvar rayonunda qətl hadisəsi baş verib.

Hadisə Biləsuvar şəhəri ərazisində yerləşən yaşayış massivində qeydə alınıb.

Belə ki, rayon sakini Qubadov Röyal Şahin oğlu dayısı Həsənli İlqar Haqverən oğlunu bıçaqlayıb.

İ.Həsənli Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

 

 

 

İnterpress.az