Ötən gün axşam saatlarında Biləsuvar və Cəlilabad rayonlarının bəzi kəndlərində elektrik enerjisinin verilməsində fasilə yaranıb.
Bu barədə İnterpress.az-a rayon sakinləri məlumat veriblər.
Bildirilib ki, hazırda həmin ərazilərə elektrik enerjisinin verilişi tam bərpa olunub.
Qeyd edək ki, ötən gün axşam saatlarında hər iki rayonda küləklə müşahidə olunan leysan yağıb.