Biləsuvar rayon sakinini ilan sancıb.
İnterpress.az xəbər verir ki, hadisə rayonun Günəşli kəndində qeydə alınıb.
Belə ki, həmin kənd sakini, 1978-ci il təvəllüdlü T. Abdullayevi sağ ayağından ilan sancıb.
O, rayon xəstəxanasına aparılıb və lazımi tibbi yardım göstərilib.
Məlumata görə, hadisə əkin sahəsində baş verib.