Biləsuvar rayonunda inək sahibinə ağır xəsarət yetirib.
İnterpress.az-ın məlumatına görə, rayon sakini, 1954-cü il təvəllüdlü K. Astanov inəyinə yem verən zaman heyvan ona xəsarət yetirib.
Bu zaman kişi döş qəfəsi nahiyəsindən ağır xəsarət alıb.
O, Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.