Biləsuvarın heyvan bazarında mal-qara ucuzlaşıb – FOTObackend

Biləsuvarın heyvan bazarında mal-qara ucuzlaşıb – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Biləsuvar rayonunun heyvan bazarında mal-qara ucuzlaşıb.

Bu barədə İnterpress.az-a satıcılar məlumat verib.

Onların sözlərinə görə, rayonun heyvan bazarında ucuzlaşma müşahidə edilir:

“Biləsuvar bazarında qiymətlərin düşməsi alveri də canlandırıb. İri və xırdabuynuzlu heyvanlar ucuzlaşıb. Heyvanların diri çəki qiymətində hər kq üzrə bir-iki manat enmə var”.

Satıcıların sözlərinə görə, qiymətlərin enməsi satışa da təsir edib. Onlar mal-qaranın ucuzlaşmasını bazarda heyvanın bol olması ilə əlaqələndirirlər.

Ət satışı məntəqələrində aparılan müşahidələrə əsasən hələlik burada ətin qiymətində eniş yoxdur, qiymətlər stabil olaraq qalıb.

Mal-qara ucuzlaşmasını ekspertlər müvəqqəti hesab edirlər. Onların sözlərinə görə, hazırda ot və taxıl biçini bol olduğu üçün belə bir vəziyyət yaranıb. Amma bu müvəqqəti haldır, gələcəkdə qiymətlər yenidən qalxacaq.