San-Fransiskoda süni intellekt mövzusunda keçirilən konfransda çıxış edən “Microsoft”un qurucusu Bill Qeyts bu texnologiyanın “Google” və “Amazon” kimi şirkətlərin sonunu gətirə biləcəyini bildirib.
Bu barədə İnterpress.az yerli mediaya istinadən xəbər verir.
Gates insanlar üçün bəzi vəzifələri yerinə yetirə biləcək fərdi rəqəmsal köməkçi hazırlayacaq şirkətin süni intellekt yarışında qalib gələcəyini iddia edib.
Milyarder iş adamı bildirib ki, bu texnologiya istifadəçilərin davranışını kökündən dəyişə bilər:
“Şəxsi köməkçini kimin qazanmasından asılı olmayaraq, bu böyük olacaq. Çünki bir daha axtarış sisteminə girməyəcəksiniz. Bir daha Amazona getməyəcəksiniz.”
Geyts iddia edib ki, süni intellekt köməkçisi istifadəçilərin ehtiyaclarını və vərdişlərini anlaya biləcək və onlara oxumağa vaxtı olmayan şeyləri öyrənməyə imkan verəcək.
Texnologiya milyarderi süni intellekt yarışında nəhəng şirkətlərin qalib gələ biləcəyini, həmçinin vençur şirkətlərinin də qalib gələ biləcəyini vurğulayıb.
Rəqəmsal köməkçinin hər kəs üçün əlçatan olmasının bir qədər vaxt alacağını qeyd edən Qeyts, bu vaxt şirkətlərin ChatGPT kimi proqramları öz məhsullarına uyğunlaşdırmağa davam edəcəklərini vurğulayıb.
Dünyanın ən zənginlərindən biri olan Geyts, yaxşı mətnlər yaradan süni intellekt texnologiyasının ağ yaxalılara təsir edə biləcəyini müdafiə edib.
Qeyts əlavə edib ki, gələcəkdə insan işçilərdən daha ucuz olacaq insanabənzər robotların mavi yaxalılara təsir edəcəyinə inanır.