ABŞ-ın“Microsoft” şirkətinin prezidenti Bill Qeyts uzun zamandır Türkiyənin Egey dənizi sahilində istirahət edirdi.
Qeytsin səfərinin əsl səbəbi məlum olub. Belə ki, onun Türkiyədə fermer təsərrüfatı qurmaq üçün ölkədə torpaq sahəsi axtardığı iddia edilib.
“Nyu York Post” qəzetinə məlumat verən bir mənbə bildirib ki, Bill Qeyts və keçmiş xanımının birgə idarə etdiyi və 50 milyard dollar dəyərə sahib olan fondu ətraf mühitin qorunması məqsədi ilə fermer təsərrüfatı qurmaq istəyir. Bu məqsədlə onlar ötən gün İqlim Dəyişikliyi Konfransında fermerlərə iqlimə davamlı məhsullar yetişdirməyə dəstək üçün 315 milyon dollar ayırmağa söz verib. Ayrılan vəsaitin fermerlərə dəyişən iqlim modellərinə uyğunlaşmağa kömək edən toxum konsorsiumuna sərf ediləcəyi qeyd edib.
Amerikalı iş adamının hazırda Trakiyada 22 min hektar ərazisi olduğu bildirilib. /Modern.az/