Birinci sinfə şagird qəbulunun vaxtı AÇIQLANDIbackend

Birinci sinfə şagird qəbulunun vaxtı AÇIQLANDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

 

2021-2022-ci tədris ili üçün I sinfə şagird qəbuluna aprel ayının ikinci yarısından start veriləcək.

Bu barədə Təhsil Nazirliyi məlumat yayıb.

Bildirilib ki, ümumi təhsil müəssisələrinin I siniflərinə qəbul prosesi elektron sistem ilə www.mektebeqebul.edu.az portalı vasitəsilə aparılacaq.

Qeydiyyat valideynin (qanuni nümayəndənin) özü tərəfindən onlayn formada aparılmalıdır. Vətəndaşlara texniki kömək və dəstək məqsədilə əvvəlcədən müəyyən olunmuş məktəblərdə Alternativ Qeydiyyat mərkəzləri yaradılacaq.

Qeyd edək ki, qəbul prosesinin keçiriləcəyi dəqiq tarix barədə ictimaiyyətə əvvəlcədən məlumat veriləcək.

 

 

İnterpress.az