Birləşmiş Millətlər Təşkilatı Rusiyanın Ukraynada yaşayış evini bombalamasını pisləyibbackend

Birləşmiş Millətlər Təşkilatı Rusiyanın Ukraynada yaşayış evini bombalamasını pisləyib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Birləşmiş Millətlər Təşkilatı Rusiyanın Kriviy Riqdə yaşayış binasını və digər mülki infrastrukturu bombalamasını pisləyib.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

BMT-nin sözçüsü Stefan Dujarrik gündəlik mətbuat konfransında mövzu ilə bağlı açıqlama verib.

O, Xerson bölgəsindəki Bilozerkada hücumun təşkil edildiyini və bir mülki vətəndaşın öldüyünü qeyd edib.

Düjarrik bildirib ki, BMT humanitar qanunlara riayət edilməsi və mülki infrastrukturların zədələnməməsi üçün əlavə tədbirlərin görülməsi lazım olduğunu vurğulayır.

Mənzilə qarşı edilən bombalı hücum nəticəsində mülki vətəndaşların yaralandığını və həyatını itirdiyini bildirən Dujarrik BMT-nin bunu pislədiyini bildirib.

Düjarrik qeyd edib ki, Kahovka bəndinin dağıdılmasından sonra BMT rəsmiləri həm Rusiya, həm də Ukrayna rəsmiləri ilə görüşüb və ehtiyacı olan bütün mülki şəxslərə çatmağa çalışıblar.

Dnepr çayının digər tərəfinə keçmək üçün Rusiyanın hələ də təhlükəsizlik zəmanəti vermədiyini qeyd edən Düjarrik qeyd edib ki, bu təminat personalın təhlükəsizliyi üçün zəruridir.

Ukraynanın Dnepropetrovsk vilayətinin Hərbi Administrasiyasının rəhbəri Sergey Lısak sosial media hesabında rusların Kriviy Riq şəhərində mənzili vurması nəticəsində 6 nəfərin öldüyünü bildirib.

Şəhərin başqa bir yerində binada və raketlə vurulan avtomobildə yanğın baş verdiyini qeyd edən Lisak burada 4 nəfərin yaralandığını bildirib.