Blinken: “Referendum”lar saxtakarlıqdır, ukraynalıların öz torpaqlarını almaq hüququ var”backend

Blinken: “Referendum”lar saxtakarlıqdır, ukraynalıların öz torpaqlarını almaq hüququ var”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Amerika Birləşmiş Ştatları Ukraynanın müvəqqəti işğal olunmuş ərazilərində keçirilən qondarma referendumları saxtakarlıq hesab edir.

Rusiya istənilən halda onların nəticələrini manipulyasiya edəcək. ABŞ rayonların ilhaqını heç vaxt tanımayacaq. Bayden administrasiyası hesab edir ki, ukraynalıların öz torpaqlarını almaq hüququ var”.

ABŞ Dövlət katibi Antoni Blinken “CBS News” telekanalına verdiyi son müsahibəsində bu cür bəyanatlarla çıxış edib.

“Bu qondarma seçkilər saxtakarlıqdır. Gəlirlər, marionet hökumətlər, yerli hakimiyyətlər qururlar. Sonra da “səsvermə”yə başlayırlar. Onsuz da, bu “səsvermə”ni manipulyasiya edəcəklər”, – deyə Blinken qeyd edib.

ABŞ dövlət katibinin sözlərinə görə, Kreml referendumların nəticələrinə əsasən Ukraynanın müvəqqəti işğal olunmuş ərazilərini Rusiyanın tərkibi kimi elan etməyə çalışacaq.

“Amma bu ilhaq heç vaxt tanınmayacaq. Və ukraynalıların öz torpaqlarını almağa, yəni dövlətin qanuni sərhədlərini bərpa etməyə tam haqqı var”, – deyə Blinken əlavə edib.

Mənbə: UNİAN