Dünyada ədliyyə sisteminin fəaliyyətində problemlər var və bu qətllər nəticəsində təxminən 3 milyon 100 min insan həyatını itirib.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Birləşmiş Millətlər Təşkilatının Narkotiklər və Cinayətkarlıqla Mübarizə İdarəsinin (UNODC) rəhbəri Qada Fəthi Vali bununla bağlı hesabat xarakterli çıxış edib.
BMT-nin Vyana ofisində BMT-nin 77-ci Baş Assambleyasının sədri Csaba Körösinin iştirakı ilə Cinayətin Qarşısının Alınması və Cinayət Mühakiməsi Komissiyasının 32-ci Sessiyasının birincisi keçirilib.
Vali sessiyanın açılışındakı çıxışında dünyanın demək olar ki, hər qitəsində qeyri-sabitlik və qarşıdurmaların yaşandığını, bu vəziyyətə görə daha çox insanın mütəşəkkil cinayət və zorakılığa məruz qaldığını və bunun ədaləti daha da əlçatmaz etdiyini bildirib.
Dünyada həbsxanalardakı insanların yüzdə 30-unun məhkəməsiz məhbus kimi rəftar edildiyinə diqqət çəkən Vali, bunun ədalət mexanizmində problemlərin olduğunu göstərdiyini söyləyib.