Birləşmiş Millətlər Təşkilatının Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər İdarəsi (UNRWA) İsrailin hücumları səbəbiylə blokada altında olan Qəzza zolağında 600 min insanın didərgin düşdüyünü açıqlayıb. Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir. UNRWA “Şərqi Qüds də daxil olmaqla Qəzza zolağı və Qərb Sahilində vəziyyət: 17 günlük müharibə” adlı hesabat dərc edib.
Hesabatda İsrailin 7 oktyabrdan bu yana davam edən hücumlarından sonra Qəzzada 600 min insanın didərgin düşdüyü və bu insanların UNRWA-ya aid 150 sığınacaqda sığındığı bildirilib.
Açıqlamaya görə, son 24 saat ərzində daha 10 min insan, Qəzzanın mərkəzi hissəsi ilə yanaşı, Xan Yunus və Rəfah bölgələrində isə təxminən 430 min fələstinli didərgin düşüb.
Oktyabrın 21-dən bu yana Qəzzaya 54 TIR yardım çatdırıldığı bildirilən hesabatda, yardım maşınlarında qida, su və dərman olduğu, ancaq yanacaq verilə bilmədiyi və UNRWA-nın yanacağının “2 günə tükənəcəyi” xəbərdarlığı edilib.
HƏMAS-ın silahlı qanadı İzzəddin əl-Qəssam Briqadaları oktyabrın 7-də səhər saatlarında İsrailə qarşı “Əqsa tufanı” adlı hərtərəfli hücuma keçib.
İsrail ordusu da onlarla döyüş təyyarəsi ilə Qəzza zolağına hücuma başlayıb.
Qəzzadan həyata keçirilən hücumlarda 308-i əsgər olmaqla 1400 israillinin öldüyü, 5132 israillinin yaralandığı bildirilib.
Qəzzada olan Fələstin Səhiyyə Nazirliyi, İsrailin Qəzzaya təşkil etdiyi hücumlarda 2 min 360-ı uşaq, 1292-si qadın olmaqla 5 min 791 adamın öldüyünü, 16 min 297 nəfərin isə yaralandığını açıqlayıb.
İşğal altındakı İordan çayının qərb sahilində İsrail qüvvələrinin və yəhudi məskunlaşanların hücumları nəticəsində 90-dan çox fələstinlinin həlak olduğu bildirilib.
Qarşıdurmalarda 20-si fələstinli, 3-ü israilli və biri livanlı olmaqla 24 jurnalist həyatını itirib.
Oktyabrın 8-dən İsrail-Livan sərhədində İsrail ordusu ilə Hizbullah arasında baş verən qarşıdurmalarda 34 Hizbullah üzvü, 6 İslami Cihad Hərəkatının üzvü, 3 HƏMAS üzvü və Hizbullahın dəstəklədiyi Sünni Müqavimət Briqadasının 2 üzvü həlak olub. jurnalist və 4 mülki şəxs həyatını itirib.
Livanın həyata keçirdiyi hücumlarda 3 İsrail əsgəri və bir İsrail vətəndaşı həyatını itirib.