BMT Baş katibi Dünya Mətbuat Azadlığı Günü münasibətilə müraciət edibbackend

BMT Baş katibi Dünya Mətbuat Azadlığı Günü münasibətilə müraciət edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

BMT-nin Baş katibi Antonio Quterreşin Dünya Mətbuat Azadlığı Günü ilə bağlı videomüraciət ünvanlayıb.

Müraciətdə deyilir ki, COVID-19 pandemiyası ərzində üzləşdiyimiz qlobal çətinliklər etibarlı, doğruluğu təsdiq edilmiş və hər kəs üçün əlçatan informasiyanın insan həyatının xilasında və güclü, dayanıqlı cəmiyyətlərin qurulmasında olan önəmli rolunu vurğulayır: “Pandemiya, fövqəladə iqlim dəyişikliyi və digər böhranlarda jurnalistlər və media işçiləri təhlükə ərz edən yanlış məlumatları vurğulayaraq sürətlə dəyişən və böyük informasiya axınını anlamağımıza kömək edirlər.

Bir çox ölkələrdə, onlar sadəcə öz işlərini yerinə yetirdikləri üçün müxtəlif məhdudiyyətlər, senzura, təhqir, qısnama, həbs və hətta ölüm də daxil olmaqla böyük risklərə məruz qalırlar. Bu vəziyyət getdikcə pisləşir”.

Videomüraciətdə qeyd olunur ki, pandemiyanın iqtisadi təsiri bir çox media orqanlarına ağır zərbə vurmaqla yanaşı, onların mövcudluğunu da təhlükəyə atıb: “Büdcələr daraldıqca etibarlı məlumata əlçatanlılıq da azalır. Nəticədə yaranan boşluğu şayiələr, yalanlar, ifratçı və ya  bölücü fikirlər boşluğu doldurur.

Mən bütün hökumətləri azad, müstəqil və fərqli medianı dəstəkləmək üçün əllərindən gələni etməyə çağırıram.

Azad və müstəqil jurnalistika yalan məlumat və dezinformasiya ilə mübarizədə ən böyük müttəfiqimizdir.

BMT-nin Jurnalistlərin Təhlükəsizliyi üzrə Fəaliyyət Planı dünyanın hər yerində media işçiləri üçün etibarlı mühit yaratmağı hədəfləyir. Çünki məlumat ictimai dəyərdir.

Bu gün Azad, Müstəqil və Plüralist Afrika Mətbuatının İnkişafına dair “Windhoek” bəyannaməsinin 30-cu ildönümünü qeyd edirik. Son 30 ildə kütləvi informasiya vasitələrindəki dramatik dəyişikliklərə baxmayaraq, bəyannamənin təcili sürətdə mətbuat azadlığı və məlumatın sərbəst əldə edilməsi üzrə çağırışı hər zamankı kimi qüvvədədir.

Gəlin bu çağırışı rəhbər tutaraq, media azadlığını qorumaq üçün səylərimizi artıraq ki,  informasiya hər kəs üçün həyati ictimai dəyər olaraq qalsın”.

 

İnterpress.az