BMT-dən Sudandakı humanitar aktivləri hədəf almasına REAKSİYAbackend

BMT-dən Sudandakı humanitar aktivləri hədəf almasına REAKSİYA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Birləşmiş Millətlər Təşkilatı (BMT) Sudanda humanitar yardımların hədəfə alınmasına reaksiya verib.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

BMT baş katibinin humanitar məsələlər üzrə köməkçisi və fövqəladə yardım koordinatoru Martin Qriffits mövzu ilə bağlı açıqlama verib.

O, Sudanda humanitar yardım üçün istifadə edilən anbarların talan edildiyini, işğal edildiyini və zireh kimi istifadə edildiyini açıqlayıb.

Sözügedən vəziyyətin humanitar yardımların ehtiyacı olanlara çatmasına mane olduğunu ifadə edən Griffiths deyib ki, tərəflər hər zaman humanitar varlıqlara hörmət etməlidir.

Qriffits BMT-nin yardımın paylanması üçün “təhlükəsiz, sürətli və maneəsiz” çıxışa ehtiyacı olduğunu vurğulayıb.

BMT-nin Humanitar Məsələlər üzrə Koordinasiya Ofisindən (OCHA) verilən açıqlamada BMT-nin Sudan üçün iyunun 19-da Cenevrədə keçiriləcək yüksək səviyyəli öhdəlik konfransının ev sahiblərindən biri olacağı bildirilib.

Konfransın təşkilatçıları BMT ilə yanaşı, Misir, Almaniya, Qətər, Səudiyyə Ərəbistanı və Avropa İttifaqıdır.

Qeyd edək ki, Sudanda ordu ilə polis dəstələri arasında toqquşmalar aprel ayından başlayıb. Münaqişə nəticəsində 850 nəfərin həyatını itirdiyini, 5500 nəfərin isə yaralandığını bildirib.