BMT komissarı: Rusiya-Ukrayna müharibəsi nəticəsində 8 min dinc sakin həlak olubbackend

BMT komissarı: Rusiya-Ukrayna müharibəsi nəticəsində 8 min dinc sakin həlak olub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Təxminən bir il əvvəl başlayan Rusiya-Ukrayna müharibəsi nəticəsində 8066 mülki vətəndaş həyatını itirib, 13287 nəfər isə yaralanıb.

İnterpress.az xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının (BMT) İnsan Hüquqları üzrə Ali Komissarı Volker Türk deyib.

O, 24 fevral 2022-ci ildə başlayan Rusiya-Ukrayna müharibəsi ilə bağlı qiymətləndirmələr edib.

Müharibədə 8 min 6 mülki vətəndaşın həyatını itirdiyini, 13 min 287 nəfərin isə yaralandığını bildirən Türk, daha əvvəl də Ukraynanın şərqindəki qarşıdurmalar nəticəsində çoxlu sayda insanın həyatını itirdiyini xatırladıb.

Ukraynada təqribən 18 milyon insanın humanitar dəstəyə ehtiyacı olduğunu vurğulayan Türk, təxminən 14 milyon insanın öz ev-eşiyindən didərgin düşdüyünü bildirib.