Birləşmiş Millətlər Təşkilatı ABŞ-ın Texas ştatında sərhəddə hasarın çəkilməsinə münasibət bildirib
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Qeyd edilib ki, miqrasiya məsələsi ilə bağlı hər şey ABŞ və Meksika səlahiyyətliləri tərəfindən birgə həll olunmalıdır.
Birləşmiş Millətlər Təşkilatının (BMT) mətbuat katibinin müavini Fərhan Haq gündəlik mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.
Haq Texas əyalətində sərhəd divarının tikiləcəyi xəbərini izlədiklərini bildirib.
O deyib ki, immiqrasiya ilə bağlı hər şey ABŞ və Meksika səlahiyyətliləri tərəfindən birgə həll edilməlidir. O, mühacir və qaçqınların bütün hüquqlarına hörmət edilməli olduğunu vurğulayıb.
ABŞ Daxili Təhlükəsizlik Departamenti (DHS) Texas ştatının Starr dairəsində sərhəd divarının tikintisi ilə bağlı federal qanunların icrasından imtina etmək qərarını açıqlayıb.